
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2ml manat manat ayrılacaq.
Xatırtladaq ki, dövlət başçısı keçən il həmin bu kompleksin təmir-tikinti işlərinə 3mln manat ayırmışdı.