8 Fevral, 2017
Məscidi yandıran şəxsə 30 il həbs cəzası verildi

ABŞ-ın Florida ştatında hücum təşkil edən şəxsin getdiyi Fort Piersdəki məscidi yandıran Cozef Maykl Şreyber 30 il həbs cəzasına məhkum edilib.

Ahlibeyt.az-ın  eastnews.org-a istinadla verdiyi xəbərə görə, Florida məhkəməsində hakimin Fort Piersdəki məscidi yandıran 32 yaşlı Şreyberə törətdiyi cinayətə görə üzr istəməsinə baxmayaraq, 30 il həbs və 10 min dollar pul cəzası təyin etdiyi bildirilib.

Bu arada, Şreyberə verilən pul cəzasının artırıla biləcəyi qeyd edilib. Əvvəllər məhkumluğu olan və sosial mediada İslam əleyhinə paylaşımlar edən Şreyber daha öncə də Orlandoda bir məscidi yandıraraq 100 min dollar həcmində maddi ziyana yol açmışdı.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6252.html