
İraqda Bəsrə şəhərinin "Dini Elmlər və Maarif Mərkəzi"nin təşəbbüsü ilə "Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu açılıb.
Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, İraqda "Dini Elmlər və Maarif Mərkəzi"nin təşəbbüsü ilə "Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu fəaliyyətə başlayıb.
Rə`d əl- Bahilinin rəhbərlik etdiyi və İraqın Bəsrə şəhərində yerləşən "Dini Elmlər və Maarif Mərkəzi"nin təşəbbüsü ilə təsis edilən və Quran araşdırmaları ilə maraqlanan tədqiqatçıların istifadəsinə verilən "Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu Bəsrənin "ət-Tusiyyə" rayonunda yerləşir.
"Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu İraq Dini Elmlər Hövzəsinin və dini mədrəsələrinin və həmçinin Bəsrə əyalətinin Quran ustadlarının nəzarəti altında fəaliyyət göstərəcək.
Yeni təsis edilmiş bu institutda "əhkame-tilavət" (tilavətin hökmləri), "Quran Elmləri", "Təfsir qaydaları", "Quranın qiraət növləri", "Təfsiri metod və baxışlar", "Quranın təfsir məntiqi", "təfisr və müfəssirlər", "əhkam ayələri", "Quran tarixi" və "Quran terminləri" kimi dərslər tədris olunacaq.