
BMT baş katibi Antoniu Qutteriş İsrail parlamentinin Fələstin ərazisində qəsəbələrin tikintisinin leqallaşdırılmasını beynəlxalq qanunvericiliyin pozulması adlandırıb.
Ahlibeyt.az-ın. "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında xəbər verilir.
"Bu qanun beynəlxalq qanunvericiliyin pozulmasıdır və onun ciddi fəsadları İsraili ardınca aparacaq" – deyə Qutteriş bildirib.
O, həmçinin "İki xalq üçün iki dövlət" planına təsir edə biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, İsrail parlamenti Fələstinin ərazisində qəsəbələrin qanuniləşməsi haqqında qanun qəbul edib.