30 Dekabr, 2011
Qüds həqiqi mənada təhlükə ilə üzbəüz qalıb

Sudanda səfərdə olan Fələstinin baş naziri İsmayıl Haniyə bu gün paytaxt Xartumda yerləşən ən-Nur məscidində Cümə xütbəsi oxuyub.

O xütbəsində Fələstin məsələsinə toxunaraq deyib: "Bu gün Qüds müsəlmanların siyasi, insani və informasiya yardımına ehtiyac duymaqdadır. Çünki Qüds həqiqi mənada təhlükə ilə üzbəüzdür. Mənim bu sözüm media üçün deyilən söz deyil. Bu həqiqətən də belədir. Sionistlər Fələstin torpaqlarını yəhudiləşdirməyə davam etməkdədirlər. Neçə-neçə fələstinlilər yaşadığı evlərdən və qəsəbələrdən didərgin salınır və onların evləri yerlə bir edilir. Onların evlərinin yerində isə yəhudi yaşayış məskənləri salınır ki, bununla həmin yerlərdə müsəlman izləri aradan aparılır".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-625.html