8 Fevral, 2017
Etika, əxlaq, mənəviyyat məsələləri ilə maraqlananlar üçün dərs vəsaiti nəşr olunub

Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin professoru Qızılgül Abbasovanın “Etika: tarix, nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti çap olunub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, BDU-dan Azərtac-a bildiriblər ki, dərs vəsaitində sistemli olaraq etikanın elmi paradiqmasının formalaşması tarixi, etik kateqoriyalar ətraflı araşdırılır. Etikaya aid müxtəlif nəzəriyyələr, dünyada gedən proseslərin etika elminə təsiri həm nəzəri, həm praktik baxımdan təhlil edilir. Eyni zamanda, nəşrdə etika problemləri ilə yanaşı, bir çox fəlsəfi, sosial-siyasi, sosial-psixoloji məsələlər də araşdırmaya cəlb olunub.

Dərs vəsaiti ali məktəb tələbələri, tədqiqatçı və mütəxəssislər, etika, əxlaq, mənəviyyat məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6248.html