
Fevralın 6-da Müqəddəs Məkkə şəhərindəki Məscidul-Həramda Kəbəni yandırmaq istəyən naməlum şəxs son anda yaxalanıb.
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Moderator.az xarici İslam saytlarına istinadla xəbər verib.
Təqdim edilən video-görüntülərdə əlində maye ilə dolu şüşə olan şəxsin mühafizəçilər tərəfindən tutularaq həyəcanlanmış ziyarətçilər arasından kənara çıxarılması görünür.
Məscidin təhlükəsizlik xidmətinin rəisi Sameh əl-Silminin sözlərinə görə, yaxalanmış şəxs 40 yaşlarında bir kişidir.Saxlanılarkən o öz üzərinə də benzin tökməyi bacarıb.Görünür o, özünü də yandırmağı planlaşdırıbmış.
Müqəddəs Hərəmin təhlükəsoizlik üzrə xidməti rəisi bu şəxsin psixi xəstə ola biləcəyini güman etdiyini bildirib.
Bəzi agentliklərin verdiyi məlumata görə isə Kəbəni yandırmağa cəhd edən cani təkfirçi cərəyanlardan birinə mənsub olub.
Qeyd olunub ki,hazırda baş verən insidentlə bağlı araşdırma gedir.