
Avropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz.
Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Suriya Prezidenti Bəşər Əsəd Belçika mətbuatına müsahibəsində deyib.
B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz:
"Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyir. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər. Hər şeydən əvvəl onlar Suriyanın suverenliyi ilə bağlı dəqiq mövqe ortaya qoymalı və terrorçulara dəstəyi dayandırmalıdırlar".