7 Fevral, 2017
Cəbhat ən-Nusra” Astana danışıqlarında iştirak edən qruplaşmalara qarşı koalisiya yaradıb

“Cəbhat ən-Nusra” terror qruplaşması nümayəndələri Astanadakı danışıqlarda iştirak edən qruplaşmalarla mübarizə üçün yeni koalisiya yaradıb.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə bu barədə TASS məlumat yayıb.

Xəbərə görə, bu barədə Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Kinşak məlumat verib.

“23-24 yanvarda Qazaxıstan paytaxtında Suriya hökuməti və silahlı müxalifətinin nümayəndə heyətlərinin baş tutan görüşündən sonra “ən-Nusra” terrorçuları daha radikal cihadçılardan yeni koalisiya yaradıblar və Astana tədbirlərində nümayəndələri iştirak edən “keçmiş silah qardaşları"na qarşı miqyaslı döyüş fəaliyyətinə başlayıblar.”, - agentlik diplomatın sözlərindən sitat gətirib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6239.html