6 Fevral, 2017
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 700-dən çox şübhəli saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xəbərə görə,son bir neçə gün ərzində 29 vilayətdə keçirilən əməliyyatda 763 nəfər şübhəlinin saxlanıldığı bildirilir.

Saxlanılanların yaşadıqları yerlərdə keçirilən axtarışda terror təşkilatına aid xeyli sayda sənəd və elektron materiallar, iki sənədsiz tapança, 4 ədəd tüfəng müsadirə olunub.

Şübhəlilər arasında xarici ölkə vətəndaşları da var. Onların tez-tez Suriyaya gedib-gəldikləri müəyyən edilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6235.html