6 Fevral, 2017
Quranı əzbər bilən xanımlar Kərbəlada toplanır

İraqlı Quran hafizi olan xanımların ilk milli toplantısı 5 fevral müqəddəs Kərbəla şəhərində "İmam Hüseyn (ə) zəvvarları qəsəbəsi"ndə baş tutub

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin informasiya portalının yaydığı xəbərdə bildirilir ki, İraqlı Quran hafizi olan xanımların ilk milli toplantısı  05.02.2017, müqəddəs Kərbəla şəhərində "İmam Hüseyn (ə) zəvvarları qəsəbəsi"ndə keçirilib.

Bu toplantı Kərbəlada İmam Hüseyn (ə) hərəminin "Darul-Quran" idarəsinin təşəbbüsü və "Bəsair" Quran müəssisəsinin həmkarlığı ilə keçiriləcəkdir.

İmam Hüseyn (ə) hərəminin media mərkəzinin məsulu Səfa Seyləvai bildirib ki, bu toplantı Quran hafizi olan xanımların təcrübə mübadiləsi və Quran elmlərinin çoxalması məqsədi ilə keçirilir.

"Bu toplantıda Quran hafizələri xanımların hifz etmə və hifzlərini qoruyub saxlama bacarıqları gücləndiriləcək və həmçinin Quran dərslərinin idarə etmə üslublarını öyrənəcəklər.", - deyə Seyləvai əlavə edib.

Qeyd edək ki, toplantıda Quranın tədris metodları, təfsir qaydaları, Quranın hifzi fənləri və Quran elmləri hafiz xanımlara təlim veriləcəkdir və müxtəlif mövzularda seminar keçiriləcəkdir.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6230.html