
Ötən gün Kanadanın paytaxtı Ottavada onlarla insan bu ölkədə yaşayan müsəlmanlara dəstəklərəni göstərmək məqsədilə cümə namazı qılınarkən məscidlərin ətrafında insan zənciri təşkil edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "CBC News"məlumat yayıb.
Məlumata görə, təbii addım Kvebek şəhərində məsciddə bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən hücuma cavab olaraq atılıb.
Bildirilir ki, Ottava şəhərindən əlavə Kvebek şəhərinin yaxınlığındakı bölgələrin birindədə əhali cümə namazı qılınarkən məscidin ətrafında insan zənciri təşkil edib.
Həmçinin Kanadanın Alberta əyalətinin Edmonton şəhər məscidindədə insanlar müsəlmanlara dəstək üçün “sülh dairəsi” təşkil ediblər.
.jpg)
.jpg)
.jpg)
.png)