3 Fevral, 2017
DTX və DİN Qəbələdə əməliyyat keçirdi - qanunsuz dini vəsaitlər götürülüb

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DİN-dən Trend-ə verilən məlumatda bildirilib.

DİN-in Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6218.html