29 Dekabr, 2011
Ayətullah Sistani Türkiyə din rəsmisini Kərbəlaya dəvət etdi

Ayətullahul-Üzma Seyyid Əli Sistani Türkiyənin rəsmi din qurumunun sədri professor Mehmet Görməzi müqəddəs Kərbəla şəhidlərinin 40 mərasiminə dəvət edib. Nəcəf şəhərində keçirilən və milyonlarla müsəlmanın iştirak etdiyi mərasimdə Görmez Ayətullah Sistani ilə birlikdə əzadarları salamlayacaq və çıxış da edəcək.

Mehmet Görmezin bu mərasimlərdən sonra İmam Əli(ə) məscidini də ziyarət etməsi gözlənilir. Bundan başqa Ayətullah Sistani Diyanətin sədrinə təkbətək görüşmək istədiyini də çatdırıb. Məlumata görə, Seyyid Əli Sistani Görmezlə son vaxtlar İraqda sünni və şiələr arasında artan gərginlik və müsəlmanları maraqlandıran digər regional məsələlər barədə fikir mübadiləsi aparacaq. Qeyd edək ki, Mehmet Görmez bu dəvətə hələlik cavab verməyib.

Bu dəvəti qəbul edəcəyi təqdirdə Türkiyə din rəsmisinin 15 yanvarda Nəcəfdə olması gözlənilir. Seyyid Əli Sistaninin isə sünni və şiələr arasındakı gərginliyin aradan qaldırılması üçün bu ziyarətə çox əhəmiyyət verdiyi bildirilir.

islam-azeri.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-621.html