29 Dekabr, 2011
2011-ci ildə 3 min nəfərdən artıq şəxs əsir götürülüb, 180 nəfər isə şəhid edilib

Dekabr ayının 27-ə kimi olan məlumata görə, sionistlər 2011-ci ildə 3312 nəfər fələstinlini həbs ediblər.

Günə orta hesabla 9 nəfər düşən əsirlərin arasında qocaların, uşaqların və qadınların yer aldığı bildirilir.

Həmçinin bildirilir ki, işğalçı hərbçilər 21 nəfəri uşaq olmaqla, 180 nəfər fələstinlini şəhid ediblər və 495 fələstinlini evindən köçürərək onların evlərini yerlə bir etmişlər.

Son dəqiqələrdə aldığımız məlumata görə, dekabr ayının 28-də daha 17 fələstinli işğalçı qüvvələr tərəfindən həbs edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-620.html