31 Yanvar, 2017
GMİ şeyxi Avropa insan hüquqlarının mənəvi sahələri əhatə etmədiyini bildirib - Foto

Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) şeyxi Hacı Ramin İgidov Tbilisidə keçirilən beynəlxalq konfransda Avropa insan hüquqlarının mənəvi sahələri əhatə etmədiyini bildirib.

Ahlibeyt.az-in GMİ-nin məlumatına istinadən verdiyi xəbərə görə,yanvarın 30-da Tbilisidə İnsan hüquqları və ailə dəyərləri mövzusunda konfrans keçirilib.

Konfransda Niderland Krallığının səfir müavini Flor Nyuten-Elzinqa, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Avropaşünaslıq və Qavqasiologiya sahəsi üzrə professor Oliver Rayser, İlya adına Dövlət Universitetinin hüquq sahəsi üzrə professor Vaxuşti Menabde, Azad Universitetin ictimai hüququn assosialaşdırılmış professoru Ketevan Abaşidze, Avropa İnteqrasiyası fondunun meneceri Vano Çxikvadze və müxtəlif dini İcma nümayəndələri çıxış edərək Avropada İnsan haqları, söz və ifadə sərbəstliyi, din və vicdan azadlığı haqda fikirlərini bölüşblər.

Konfransı giriş sözü ilə açıq elan edən təşkilatçı Levan Mikeladze adına fondun icraçı direktoru Arçil Qeqeşidze çıxış edib.

Çıxış edən dini icma nümayəndələri Avropaya inteqrasiya məsələlərinin mənfi və müsbət cəhətlərini dəyərləndirərək öz din, adət və ənənələrinin yaşanması əsasında inteqrasiya prosesinə qarşı olmadıqlarını bildirdilər.

Müsəlman dini icmanı təmsil edən Hacı Ramin İgidov Avropa insan hüquqlarının müsbət tərəfləri olsa da mənəvi sahələri əhatə etmədiyindən kamil hesab olunmadığını bildirib:

"Çağdaş dövrdə elmin inkişafı, qanuna hörmət, düşüncə azadlığı, rüşvətxorluğun və digər haqsızlığın aşağı həddə olması sahəsində örnək ola biləcək Avropanın müəyyən məsələlərdə qüsurları da mövcuddur.Dinimizdə İnsan haqları – bütöv İslam qayda-qanunlarının ayrılmaz hissəsidir. Dinimiz İnsan həyatını müqəddəs və dəyərli hesab edir və verilən qanunların insanın şərəf, ləyaqətinə və insani məqam və keyfiyyətlərin yüksəlməsinə xidmət etdiyini qarşısına məqsəd qoyur. "

Konfrans diskusiya və fikir mübadiləsi çərçivəsində davam edib.

 

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6198.html