
İslam dünyasının böyük təqlid mərcəsi yenə də sosial şəbəkələrin ziyanlarından söz açıb.
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə mehr agentliyi məlumat yayıb.
Ahətullah Məkarim Şirazi sosial şəbəkələrin böyük bir qisminin fəsaddan ibarət olduğunu qeyd edib:
“Bu şəbəkələrdə fəaliyyət göstərənlərin bəziləri sırf islamın aradan getməsi üçün çalışır. Düşmən cavanları bu vasitə ilə hədəfə alıb. Saytları filtrləmək həll yolu deyil, çünki bunu asanlıqla sındırmaq olur.
Həll yollarından biri budur ki, milli şəbəkələr yaradılsın və xalqın istifadə etməsi üçün müxtəlif şəraitlər yaradılsın.
Ölkədə boşanmaların səbəblərindən biri də məhz sosial şəbəkələrdi. Hətta bəziləri bu şəbəkələrdə təlaq (boşanmaq) bayramı da keçirirlər.”