31 Yanvar, 2017
Salvadorlu xristian Əhli-beyt(ə) məktəbi ilə tanışlığı və yeni kitabından danışıb - Foto
Eskar Salvador Rudirgez Pinida şiəliyi qəbul etdikdən sonra özünə Mustafa adını seçir. O, İslam dini və Əhl-Beyt (ə) maarifini tanıtmaq üçün Latın Amerikası regionunda bir çox işlər görmüşdür.

 

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Eskar Salvador Rudirgez Pinida 1971-ci ildə məsihi ailəsində anadan olmuşdur. Universitetin "Arxeologiya" fakültəsində oxuyarkən dini arxeologiya araşdırmaları zamanı dinlər ilə, o cümlədən İslam dini ilə yaxından tanış olur. Bu tanışlıq onu müsəlman olmağa qədər gətirib çıxarır. O, 2000-ci ildə İslam dini və şiəliyi qəbul etdikdən sonra adını "Mustafa El Salvador" olaraq dəyişir.

Mustafa El Salvador İslam dini və Əhl-Beyt (ə) maarifini tanıtmaq üçün Latın Amerikası regionunda bir çox işlər görmüşdür.

O, 2004-cü ildə ölkəsində "Fatimə əz-Zəhra (s) İslam Mərkəzi"ni təsis edir və bu mərkəz vasitəsi ilə insanları İslam dini ilə tanış edir. Hazırda bu mərkəz El Salvador müsəlmanlarının toplanış ocağıdır.

Təhsili ilə əlaqədar İranda keçirilən seminarlardan birinə qatılan Mustafa bu səfərdə Qum Elmi Dini Hövzəsi ilə tanış olur. Bu tanışlıq isə onun təhsil yolunu da dəyişib onu dini tələbəlik sahəsinə çəkir və Qumda dini təhsil almağa başlayır.

Mustafa El Salvador həm ali təhsilli din alimi, həm arxeolog, həm şair, həm dini kitabların İspan dilinə mütərcimi və həmçinin İQNA xəbər agentliyinin İspan dili şöbəsinin həmkarıdır.

Mustafa öz ölkəsində daha çox şair kimi tanınır. Onun İslam dini və Əhl-Beyt (ə) maarifini tanıdan çoxlu şerləri vardır.

Mustafa El Salvadorun son elmi işi isə Höccətul- İslam vəl- Müslimin Möhsin Xorasaninin həmkarlığı ilə həyata keçirdikləri araşdırmalar nəticəsində "İslami Tarixi Məktublar" kitabının ərsəyə gətirilməsidir. İspan dilində yazılan bu kitabda İslam tarixi boyunca İslami şəxsiyyətlərin müxtəlif mövzularda müxtəlif insanlara, şahlara və s... yazdıqları məktublar toplanmış və təhlil edilmişdir. Bu kitab Qum şəhərinin "Əndişeye Şərq" (Şərq Təfəkkürü) nəşriyyatı tərəfindən çap edilmişdir.

Kitabın müəlliflərindən biri olan Höccətul- İslam vəl- Müslimin Möhsin Xorasani 30 il İspan dilli ölkələrdə ki, 23 ölkə bu dildə danışır, təbliğlə məşğul olmuşdur. Mustafa isə 8 ildir ki, onunla bu sahədə həmkarlıq edir. Və bu kitab da bu həmkarlığın bəhrəsidir.

Kitabın PDF nüsxəsi və Andorid versiyası da İspandilli saytlarda yayılmışdır ki, bu dildə danışan insanlar internet resurslarından istifadə edərək bu kitabı əldə edə bilərlər.

دوشنبه// آماده نیست//ره‌یافته به تشیع از کتاب جدیدش می‌گوید/ توزیع در 23 کشور + عکس

Kitabda İslam Peyğəmbərinin (s) məsihilərə yazdığı sevgi dolu dəvət məktubları, Misir, İran və Rum imperatorlarına yazdığı məktublar, İmam Əlinin (ə) öz övladlarına, öz işçilərinə, hakimlərə və müxalif qüvvələrə yazdığı məktublar, İslam şəxsiyyətlərin yazdığı və İslami şəxsiyyətlərə yazılan məktublar, o cümlədən İmam Xomeyninin keçmiş SSR-nin başçısına və Ayətullah Xameneinin avropalı cavanlara yazdığı məktub yer almışdır.

Mustada El Salvador tərəfindən dini təbliğat zəminində İslami kitab və məqalələri ehtiva edən www.islamelsalvador.com və www.redislam.net saytlarını da izləyicilərin istifadəsinə verilmişdir.

Bundan əlavə o, "Minarə" internet radiosu ilə də İslam və Əhl- Beyt (ə) maarifini İspan dilində danışan dinləyicilərə çatdırır.












 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6196.html