31 Yanvar, 2017
Kanadada məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb - Foto

Kanadanın Kvebek şəhərində məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bu barədə "AFP” agentliyi xəbər yayıb.

Məlumata görə, 27 yaşlı Aleksandr Bisonet qəsdən adam öldürməkdə təqsirli bilinir.

Hazırda hüquq-mühafizə orqanları A. Bisonetə qarşı terrorçuluq  daxil olmaqla, digər ittihamların da irəli sürülməsi məqsədi ilə müvafiq tədbirlər görür.

Xatırladaq ki, Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktı kimi qiymətləndirilib. Hadisə zamanı həmçinin 8 nəfər yaralanıb, onlardan 5-i ağır vəziyyətdədir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6194.html