30 Yanvar, 2017
BMT Səud rejimini Yəməndəki hərbi cinayətlərdə günahkar bildi

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, Səudiyyə Ərəbistanı rejimi və “ərəb koalisiyası” Yəməndə dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərə görə cavabdehdir.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə "SANA" məlumat yayıb.

Təşkilatdan verilən açıqlamada qeyd edilib ki, rəsmi ər-Riyad beynəlxalq hüquq normalarına, xüsusən də silahlı münaqişələr zamanı mülki vətəndaşların hüquqlarına məhəl qoymur.

2016-cı ilin mart və oktyabr aylarında baş tutmuş 10 hava hücumunu BMT mütəxəssislər qrupunun məlumatına görə,  həmin hücumlar zamanı 292 nəfər həlak olub (onlardan 100-ü qadın və uşaqdır),onlarla yaşayış evi və dövlət müəssisəsi də məhv edilib.

Hesabata qeyd edilir ki, zərbələr hərbi obyektlərə yox, sırf mülki obyektlərə endirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6191.html