
Kanadada məsciddə silahlı insident baş verib
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bu barədə "Ria" məlumat yayıb.
Hadisə Kvebek şəhərində qeydə alınıb.Hadisə baş verdikdə məsciddə 40-a yaxın dindar olub. Polis tərəfindən 2 nəfər şübhəlinin saxlanıldığı bildirilir.
Kanadada məsciddə 5 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktıdır-bu barədə hadisənin baş verdiyi Kvebek vilayətinin baş naziri Filip Kuyar bildirib.
Terror aktı axşam namazı vaxtı törədilib. Hadisə baş verərkən məsciddə 40-dək dindar olub.
Yerli KİV hücumda 3 terrorçunun iştirak etdiyini bildirir. Artıq hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi saxlayıb.
Baş nazir F. Kuyar Kvebek parlamentinə vilayətin bayrağının endirilməsi ilə bağlı müraciət edib.
Ölkənin baş naziri Castin Trüdo isə məsciddə baş verən terror aktını pisləyərək həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 2016-cı ilin Ramazan ayında eyni məscidin qapısına donuz başı atılmışdı.