28 Yanvar, 2017
İslam İtaliyada ən geniş yayılan ikinci dindir
Rəsmi statistikaya əsasən, İslam dini İtaliyada ən geniş yayılan ikinci din hesab olunur.

Ahlibeyt.aaz-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Fransa mətbuatının yaydığı məlumatda bildirilir ki, İtaliyada 2 milyon 400 min əcnəbi yaşayır ki, onlardan 820 nəfəri müsəlmanlardır.

İtaliyada müsəlmanlar ölkənin iqtisadi sahəsində aktiv iştirakçıdır. Belə ki, ölkənin ÜDM-nin 4-5 faizi müsəlmanlara məxsusdur. İtaliyada 700 məscid var.

Rəsmi statistikaya əsasən, İtaliyada 800 mindən çox müsəlman yaşayır. Bildirilir ki,100 min müsəlman isə qanuni sənədi olmadan bu ölkədə yaşayır.
İtaliya əhalisinin 1.5 faizini müsəlmanlar təşkil edir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6184.html