27 Yanvar, 2017
Fələstin hökuməti Obamanın ayırdığı yardımı aldığını bildirib

Fələstin prezidentinin strateji məsələlər üzrə müşaviri Hüsam Zomlot ölkəsinin ABŞ-ın sabiq prezidenti Barak Obamanın ayırdığı 221 mln. dollar məbləğində tranşı artıq aldığını bildirib.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa “RiaNovosti”yə istinadən məlumat yayıb.


“Biz Obama administrasiyasının təyin etdiyi son məbləği artıq almışıq. Onlar vəsaiti artıq köçürüblər.Biz ümid edirik ki, Tramp administrasiyası sələflərinin yürütdüyü siyasəti davam etdirəcək”  - deyə Hüsam Zomlot bildirib.

 

Bildirilib ki,yayılan məlumatlarda qeyd olunduğu kimi bu yardımın prezident Obamanın vəzifəsindən getməzdən birneçə saat əvvəl deyil bir neçə həftə əvvəl ayrılıb və Fələstin tərəf artıq pulu alıb.

 

Qeyd edək ki, “The Times of Israel” bundan əvvəl  bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 mln. dolların köçürülməsini dondurub.

 

Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6179.html