
Fransa Konstitusiya Məhkəməsi,Türkiyədə baş verən 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsi"nə görə tətbiq olunan "cinayət məsuliyyətinə cəlb olunması" qanununu ləğv edib.
Ahlibeyt.az-ın "Anadolu" agentliyinə istinadən məlumatına görə,Fransa Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin tətbiqi nifrətin daha da alovlandırılmasına şərait yaradılmasına səbəb olduğu vurğulanıb.
"Bu qanun, tətbiq edildiyi halda cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır.
Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər hansı ifadə azadlığının məhdudiyyətinə, qeyri-müəyyənliyə səbəb olur.Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir", - deyə Konstitusiya Məhkəməsinin qərarda bildirilir.
Adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.
Bu qanunun ötən ilin oktyabrında Fransa parlamentində qəbul olunması Türkiyə və Fransa münasibətlərində ciddi gərginliyə səbəb olmuşdu.
Ləğv edilən qanun Türkiyənin hüquqi bir zəfəri kimi qiymətlənidirir.
Qeyd edək ki, adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.