26 Yanvar, 2017
Həcc ziyarətinə sənəd qəbulu başlayıb, qiymət və kvota açıqlanıb
Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

Ahlibeyt.az.ın verdiyi xəbərə görə,bu barədə QMİ ziyarət şöbəsi məlumat yayıb.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6177.html