
Suriya ordusu ölkənin şərq hissəsində bir sıra uğurlara imza atıb.
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsaən, Suriya ordusu Homs əyalətinin bəzi rayonlarında İŞİD terrorçularının mövqelərinə hücum edib.
Silahlı Qüvvələrin dəstələri, o cümlədən də Suriya ordusunun hissələri ötən gün əməliyyat zamanı Homs əyalətinin şərqində yerləşən əl-Məhtəha ər-Rəba və onun ətrafındakı ərazilərə uğurlu hücum edə bilib. Nəticədə bir qrup terrorçu məhv edilib.
Ordu Homs əyalətində Palmiranın rayonlarından birində də terrorçuların mövqelərinə hücum edib. Terrorçuların canlı qüvvəsi və texnikasına ciddi zərbə endirilib.
Palmira - Xan əl-Mankura yol kəsişməsində terrorçulara aid 2 avtomobil də məhv edilib. Məlum əməliyyat zamanı 20 terrorçu məhv edilib.