25 Yanvar, 2017
Bu il baharın Azərbaycana qədəm qoyacağı vaxt açıqlandı

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrin vaxtı açıqlanıb.

Ahlibeyt.az-ın məlumatına görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, 2017-ci ildə ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6173.html