25 Yanvar, 2017
 İraq "Həşdi-Şabi" könüllü qüvvələri Tikrit-Mosul yoluda genişmiqyaslı əməliyyata başladı
İraqın "Həşd əş-Şəbi" könüllü xalq qüvvələri Tikrit-Mosul yolu üzərində genişmiqyaslı bir əməliyyata başlayıb.

"Əl-Mənar" televiziyasının xəbərinə əsasən, Əl-Haşduş Şəbi qüvvələri Şirkat bölgəsinin şimalı və şimal-şərqi ilə Tikrit-Mosul magistral yolunu İŞİD-in işğalından azad etmək üçün genişmiqyaslı bir əməliyyata start verib. Əl-Haşduş Şəbidən əməliyyatla bağlı verilən açıqlamada, Tikrit-Mosul yolu üzərindəki Cabir Huvəydi, Hindi, İdmanə və Feyyad Sələc kəndlərində nəzarətin bərpa olunduğu bildirilib.

"Həşd əş-Şəbi" qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi başlanılan əməliyyatın hədəfinin Məqhul dağları ilə Hac Əli kəndi arasındakı Tikrit-Mosul magistral yolunun təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu söyləyib.

Mənbə: Dəyərlər.org

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6170.html