23 Sentyabr, 2022
Quran surələrini oxumaq yoxsulluğu aradan qaldırar, ruzinin artmasına səbəb olar

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim «Həmd» surəsini oxuyar – səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər”.

Hədislərdə ruzini artırmaq üçün Quran surələri oxumaq tövsiyə edilir


Həzrəti Peyğəmbər(s) buyurur:


-“Hər kim “Ləyl” surəsini oxuyarsa, Allah ona o qədər əta edər ki, razı olar, ...”.

-“Hər kim “Muzəmmil” surəsini oxuyarsa, dünya və axirətdə çətinlik ondan götürülər”.


İmam Sadiq (ə) buyurur:


-“Hər kim hər gecə “Vaqiə” surəsini oxuyarsa, dünyada çətinlik, bəla, yoxsulluq və ehtiyac görməz. Həzrət Əlinin (ə) dostlarından olar”.

- “Hər kim “Huməzə” surəsini vacib namazda oxuyarsa, yoxsulluq ondan uzaq olar ...”.

- “Hər kim “Zariyat” surəsini gecə və ya gündüz oxuyarsa, Allah həyat vəziyyətini islah edər ...”.

İmam Səccad(ə) buyurur:


- “Hər kim “Mumtəhənə” surəsini namazlarda oxuyarsa, yoxsulluq və dəlilik ondan və övladlarından uzaq olar”.

“Nəcm” və “İbrahim” surələri də ruzinin artması üçün tövsiyə olunur.


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim evinə daxil olan zaman «Həmd» və “Tövhid” surəsini oxuyarsa, Allah yoxsulluğu o evdən uzaqlaşdırar”.

Qeyd etmək lazımdır ki, burada ruzinin artmasına və yoxsulluğun artmasına təsir edən surə və ayələrin yalnız bir hissəsi barədə məlumat verilib.
Gecə namazı qılmaq da ruzinin artmasına səbəb olar. Həmçinin ruzi qazanmaq üçün səy etmək lazımdır. Ticarət və başqa sahələrdə elm öyrənmək, məsləhətləşmək ruzinin artmasına yardım edər.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6164.html