24 Yanvar, 2017
“İslam mədəniyyəti və Azərbaycan” kitabı nəşrə hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “İslam mədəniyyəti və Azərbaycan” kitabı nəşrə hazırlanır.

Ahlibeyt.az-ın Azertac-a istinadla verdiyi xəbərə görə, nəşrin müəllifi MATM-ın direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyevadır.

Muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bildirib ki, kitab İslamın yayılması və İslam mədəniyyətinin Azərbaycan mədəniyyətinə təsirindən bəhs edir.

Nəşr mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6162.html