24 Yanvar, 2017
Elmar Məmmədyarov Moskvaya yola düşüb - Lavrovla Qarabağ problemi müzakirə ediləcək
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmkarı Sergey Lavrovla görüşü zamanı Qarabağ məsələsini müzakirə edəcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa-ya XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

Moskvaya səfər çərçivəsində E. Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6161.html