24 Yanvar, 2017
Türkiyə Cəfərilərinin Lideri Kanal 12 və ON4 TV-nin bağlanmasına münasibət bildirib
Türkiyə Cəfərilərin lideri Şeyx Səlahəddin Özgündüz  Kanal 12 və ON4 TV-nin bağlanmasına münasibət bildirib.

Ahlibeyt.az-n Maide.az-a istinadən xəbər verir ki, S.Özgündüz məsələ ilə bağlı açıqlama verərək  Kanal 12 və ON4-ün bağlanmasını böyük üzüntü və kədərlə qarşıladığını qeyd edib.

Məsələ ilə bağlı açıqlama verən Səlahəddin Özgündüz bildirib:

“Əgər bu Əhli-Beyt (ə) kanalları ölkəmizin əleyhinə terror aktlarında yer almışlarsa (şəxsən mən bu kanallarda belə bir şeylərin  yayımlanmasına heç vaxt şahid olmamışam) bağlansa yaxşıdır.

Amma məzhəbi təəssübkeşlikdən dolayı bağlanıbsa (məncə belədir) bunu edənlərə ayıbdır deyirəm.Bu Türkiyə Cumhuriyyətinə yaraşan bir iş deyildir.

Gecə-gündüz məzhəblər arasında fitnə püskürən kanallara, milli mədəniyyətimizi unutdurmağa, məhv etməyə çalışan kanallara toxunmayıb, bu iki kanalı bağlamalarını düşündürücü hesab edirəm.

Aidiyyatı orqanlardan tez bir zamanda bu iki kanalın açılmasına görə gərəkli addımların atılmasını gözləyirik”.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6159.html