24 Yanvar, 2017
Gürcüstanda “Fiqh Risaləsi” şəriət kitabının təqdimat mərasimi keçerilib (Foto)

Tbilisidə “Fiqh Risaləsi” adlı şəriət ehkamlarının toplusunun təqdimat mərasimi keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən dini təşkilatların təşəbbüsü ilə təşkil edilən mərasimdə ruhanilər, elm və ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.

Mərasimdə çıxış edənlər İslam dinində fiqh elminin önəmi, İslami qaynaqlardan dini məsələlərin əldə olunması və müctəhidlərin rolu haqqında məlumatlar verilib, İslamın əsas elmlərindən biri olan əhkamın əhəmiyyətindən danışılıb. İlk olaraq kitabın Azərbaycan dilində nəşrində zəhməti keçənlərə təşəkkür ifadə edilib.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin fətvaları əsasında hazırlanan bu şəriət məsələləri kitabında ümumilikdə 400-dən çox müxtəlif mövzularda 2244 məsələ qeyd olunub.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6157.html