19 Yanvar, 2017
Obama: “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq”

Donald Trampın administrasiyası Yaxın Şərq bölgəsində olduqca ehtiyatlı davranmalı, düşünülməmiş addımlardan uzaq olmalıdır.

Ahlibeyt.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Donald Trampın administrasiyası Yaxın Şərq bölgəsində olduqca ehtiyatlı davranmalı, düşünülməmiş addımlardan uzaq olmalıdır.

Fələstin dövləti yaranmasa Yaxın Şərqdə münaqişə həll olunmayacaq.Münaqişənin həlli, israillilər və fələstinlilər arasında sülhün bərqərar olması üçün əlimizdən gələni etmişik. Təbii ki, biz münaqişə tərəflərini sülhə məcbur edə bilmərik. Biz yalnız sülh prosesinin əsaslarını qoya, ona dəstək ola bilərik”, deyə B.Obama bildirib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6136.html