
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Yeni il bayramını qeyd etməklə bağlı ölkə müsəlmanlarına müraciət edib
Bu barədə idarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib: “1433-cü il hicri-qəməri təqvimi ilə Məhərrəmlik ayı dekabrın 25-də bitib. Lakin İmam Hüseynin Kərbəlada həlak olmasının 40-cı günü yanvarın 15-nə düşür. Ona görə Yeni il bayramı təziyə günlərinə təsadüf edir”.
QMİ rəsmisinin sözlərinə görə, dekabrın 25-dən səfər ayı daxil olub: “İslam bayram günlərini ifrat şən və ya ifrat hüznlü keçirməyin tərəfdarı deyil. Həm 31 dekabr –Həmrəylik günüdür. Ona görə insanlar həmrəy olmalıdırlar və İmam Hüseynin təziyəsinə hörmətlə yanaşmalıdırlar. Səfər ayı yanvarın 24-də başa çatacaq”.
islam-azeri.az