
Müqəddəs ziyarətgahların İŞİD-dən müdafiəsi üçün orijinal üsul düşünülüb
Ahlibeyt.az-ın FaktXəbər-ə istinadla verdiyi məlumata görə, müqəddəs Nəcəf və Kufə şəhərlərinin yerləşdiyi İraqın Nəcəf əyalətində İŞİD intiharçılarının terrorundan qorumaq üçün müdafiə istehkamlarının yaradılması,həmçinin təhlükəsizlik xəndəyi qazmaq qərarına gəlinib.
Razılaşma Nəcəf əyalətinin rəhbərliyi "Həşdi Şəbi" qərargah rəisinin müavini tərəfindən imzalanıb.
"Təhlükəsizlik kəməri" Nəcəfdən 50 km aralıda olan düzənliyə aid olacaq. Uğurlu olacağı təqdirdə ölkənin digər regionunda da anoloji obyektlər inşa ediləcək.
"Həşd əş-Şaabi" könüllülərinin nümayəndəsi Kərim ən-Nurinin sözlərinə görə, xəndək Kərbəla əyalətinin şimal sərhəddindən Kadisiya əyalətinin cənub sərhədinə kimi uzanır.
Təhlükəsizlik istehkamlarının tikintisi "Haşd-əş Şəbi"nin nəzarəti altında həyata keçiriləcək.
Eyni zamanda terror aktlarının qarşısının alınması üçün əyalət özünümüdafiə qüvvələrinə yardım məqsədi ilə könüllülərdən ibarət əlavə iki alayın yaradılması qərarına gəlinib.