27 Dekabr, 2011
Vahhabi alimlərinin sərsəmləmələri davam edir

Səudiyyə Ərəbistanı Alimlər Şurasının üzvü Şeyx Əbdül-Kərim bin Abdullah əl-Xuzeyr çıxışlarının birində deyib ki, qadınların televiziya kanallarında kişilərə baxması haramdır. Hətta bu televiziya kanalları dini təbliğat edən televiziya kanalları olsa belə.

Müsəlman olan şəxs iki ziyanlı işdən ən az ziyanı olanı seçməlidir deyən vahhabi şeyxi deyib ki, əlbəttə ki, belə televiziya kanallarının evimizdə yayımlanmamsı ziyan gətirəcəkdir amma bu ziyan qadınların həmin kanallarda kişilərə baxaraq harama düşməmələrindən çox ziyan vura bilməz.

Qədim zamanlarda televizorun olmadığını xatırladan vahhabi alim deyib ki, amma o zaman dini öyrənilir, Peyğəmbər(s) sünnətinə əməl edilir və günaha az düşürdülər. İndiki zamanda da insan həmin televiziya kanallarından istifadə etmədən din və Quranı öyrənə bilər və eyni zamanda günaha da düşmək ehtimalı azalar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-611.html