16 Yanvar, 2017
İŞİD Əfqanıstanda 13 din xadimini oğurlayıb

İŞİD terrorçuları Əfqanıstanın cənubundakı Nanqarxar əyalətində 13 mədrəsə tələbəsini oğurlayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, din xadimlərindən ibarət qrup  səhər əyalətin Haski Mina rayonundakı mədrəsədə tələbələr üçün imtahan təşkil edib.

Həmin vaxt İŞİD terrorçuları mədrəsəyə hücum edib və 13 üləmanı da özləri ilə götürərək oranı tərk edərək naməlum istiqamətdə gediblər. Hüquq-mühafizə orqanları din xadimlərinin azad edilməsi üçün tədbirlər görür.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6105.html