11 Yanvar, 2017
Məclislərinizdə İmam Zamanı (ə) yad edin

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "İmam Zamanın (ə.f) zühuru dövründə Peyğəmbər (s) ümmətinin qəlbi ehtiyacsızlıqla dolu olacaqdır.

İmam Zamının (ə.f) ədaləti hər yerə yayılacaq və carçıya əmr edəcəkdir ki, hər kim mal-dövlətdən nə istəyirsə, gəlib götürsün. Hər kəs ehtiyacsız olduğu üçün ayağa qalxan olmayacaqdır.

 

Mikyalul - Məkarim kitabında yazılır:


“Qeybət dövründə Həzrət Mehdi (ə)-ın yolunu gözləyən insanların vəzifə və təkliflərindən biri də budur ki, Həzrət Mehdi (ə)-ı xatırladan, onu yada salan mərasimlər təşkil edib, orada xeyirxahlıqlar, fəzilətlər, o həzrətin şəxsiyyəti və səciyyələri barəsində söhbətlər etsinlər.


Beləliklə də, bir - birini məlumatlandırıb, təlimatlandırsınlar. O məclislərdə bu müqəddəs şəxsiyyət üçün dua edilsin və bu yolda mal və zəhmətlərini sərf etməkdən çəkinməsinlər, çünki bu işlər də Allahın dinini yayıb, təblig etmək, Allahın kəlamını ucaldmaq, təqva və dini vəzifə yolunda bir - birinə kömək etmək, dini mərasimlər qurmaq, bir sözlə Allahın yer üzündəki vəli və xəlifəsinə kömək etmək sayılır”.


İmam Sadiq (ə)-ın bu barədə söylədiyi hədislərdən birində buyurur:


"Bir - birinizin görüşünə gedin, çünki bu görüş və baş çəkmələr sizin qəlblərinizi dirildər.Bizim kəlamlarımızı xatırlamaq və təkrarlamaga səbəb olar.


Bizim sözlərimiz və bizim hədislərimiz sizin bəzilərinizlə bəzilərinizin arasında daha həmrəylik, birlik və mehribanlıga səbəb olar.


Əgər bizim sözümüzü qəbul etsəz və onlara əməl etsəniz hidayət olunacaqsız və qurtuluş tapacaqsız.


Əgər bizim sözlərimizi buraxıb, bir kənara atsanız yolunuzdan çaxıb, azgın olacaqsız və beləliklə həlakətə ugrayacaqsız.


Siz bizim söz və hədislərimizi qəbul etməlisiz, ona əməl etməlisiz. Mən də sizin zamininiz və xilas olmaq üçün üzərinə öhdəlik götürmək şəxs olaram."

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6090.html