11 Yanvar, 2017
ABŞ-da kilsədə kütləvi qətl törədən şəxs edam ediləcək

ABŞ-da kilsədə kütləvi qətl törədən şəxs ölüm cəzasına məhkum edilib.

Ahlibeyt.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə, “Reuters” məlumat yayıb.

Cənubi Karolina ştatındakı Çarlston şəhərində baş tutan məhkəmə üç saatlıq müzakirələrdən sonra kilsədə 9 qaradərili amerikalını qətlə yetirən  22 yaşlı Dilan Ruf  barəsində ölüm hökmü çıxarıb.

İrqi nifrət zəminində törədilən cinayət 2015-ci ilin iyunun 17-də baş verib.Dilan Ruf Afrika yepiskopal kilsəsinə dini kurslara gələnləri tapançadan atəş açmaqla qətlə yetirib.

Son Məhkəmə iclasında çıxış edən cinayətkar əməlindən peşman olmadığını bildirərəkqeyd edəib ki,mən bunu etməliydim və indiyə qədər bu fikrimdə qalıram.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6089.html