10 Yanvar, 2017
İraqlı generaldan Mosulun şərq hissəsinin azad olunması barədə açıqlama

İraqlı general-leytenant Mosul əməliyyatı haqda açıqlama verib.

Ahlibeyt.az-ın   İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə AFP agentliyi məlumat yayıb.

İraqın Terrorçuluqla Mübarizə İdarəsi qüvvələrinin komandanı general-leytenant Əbdül Qəni əl-Əsədi bildirib ki, İraq hərbçiləri Mosul şəhərinin şərq hissəsini İŞİD terrorçularının əlindən “cəmi bir neçə gün ərzində” geri ala biləcək.

Qeyd olunur ki, bazar günü İraqın Elit Antiterror dəstələrindən olan hərbçilərin Mosul əməliyyatı çərçivəsində Dəclə çayının sahilinə çatdığı məlum olmuşdu. Adıçəkilən çay şəhəri iki hissəyə bölür.

İraq ordusunun verdiyi məlumatda əməliyyatlar çərçivəsində Əbu Bəkr əl-Bağdadinin müavininin öldürüldüyü bildirilib. Mosulun əl-İslah əkin sahəsinə hava hücumu həyata keçirən İraq Hərbi Hava Qüvvələri İŞİD-in 5 komandirini zərərsizləşdirə biliblər.

Bağdadinin müavini Əbdülvahid Coan, İŞİD-in yol polis idarəsinin məsulu Əhməd Coan və əkinçilik üzrə məsulu Əbdülkərim Coan ölənlər arasında olublar.

Qeyd edək ki, Mosul əməliyyatı 2016-cı ilin oktyabr ayından bəri davam etməkdədir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6082.html