
Misirin ən böyük məscidi və ən böyük kilsəsi ölkənin yeni paytaxtında tikiləcək
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə, bunu Misir prezidenti Əbdül Fəttah əl-Sisi cümə günü Qahirədə Qibtilərə məxsus kilsəyə baxış keçirərkən deyib.
“əl-Əhram” qəzetinin məlumatına görə, Ə.F. Sisi həmçiin deyib ki, iki il öncə çevriliş zamanı baş vermiş qarşıdurmalar zamanı ziyan görmüş kilsələrdə bərpa işləri aparılacaq.
Bildirilir ki, Misirdə yeni paytaxtın yaradılması layihəsi 2015-ci ildə bu ölkənin şəhərsalma naziri tərəfindən təqdim olunub.Yeni salınacaq paytaxt üçün hələlik ad seçilməyib.
Misirin yeni paytaxtı hazırkı paytaxt Qahirənin 45 km şərqində yaradılması nəzərdə tutulub.
Layihəyə əsasən bütün dövlət qurumları və müəssiələri , diplomatik korpuslar yeni paytaxta köçürüləcək.