5 Yanvar, 2017
İmam Mehdiyə (ə.f) aid edilən bir ayə
Nəml surəsinin 62 - ci ayəsində buyurulur:

أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوءَ وَ يَجْعَلُكُمْ خُلَفاءَ الْأَرْضِ أَ إِلهٌ مَعَ اللَّهِ قَليلاً ما تَذَكَّرُونَ

“(O şərik lərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!”

İmam Sadiq (ə) bu ayəni maraqlı bir şəkildə izah və tətbiq edir. Belə ki, bu ayənin barəsində buyurur: Bu ayə Ali - Məhəmədin Qaimi (ə) barəsndə nazil olmuşur. And olsun Allaha ki, “müztər” ( darda qalan, carəsiz, çətinliyə düşən) odur. O zaman Məqamda iki rəkət namaz qılıb Allahı səsləyəcək və Allah da onun səsini eşidib, qəbul edəcəkdir. Çətinlik və giriftarlığını həll edəck, onu yer üzünün canişin edəcəkdir.”

Habelə, Bəqərə surəsinin 148 -  ci ayəsinin də Ali - Məhəmmədin Qaimi (ə) barəsind nazil olduğunu buyurur:

«فَاسْتَبِقُوا الْخَيْراتِ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَميعاً»

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6067.html