5 Yanvar, 2017
Təzkiyə məfhumu

Təzkiyənin(paklanmanın), yəni tərbiyənin hədəfi nəfsdir. "Təzkiyə” sözü ərəb dilindən tərcümə olunduqda istedadların çiçəklənməsi, kamilləşmə, inki-şaf mənasını verir.

"Şəms” surəsinin 9-10-cu ayələrində buyurulur: "Öz nəfsini təmizləyən kimsə (təzkiyə edən) mütləq nicat tapmışdır; onu korlayıb bulaşdıran kimsə isə mütləq uduzmuşdur.”

Ayələrdən göründüyü kimi "təzkiyə” kəlməsi "nəfsi təmizləmək”, onun əksi isə "nəfsi bulaşdırmaq” mə’nalarını daşıyır.

Bu kəlmə «ağaca qulluq» mənasını da verir. Bağban ağaca qulluq edir, ona su verir, dibini yumşaldır. O, ağacın inkişafı üçün ağacın budaqlarını budayır. Bütün bu işlərin içəri-sində ağacı çirkabdan, zərərli həşəratlardan qorumaq da var.

İnsanın da təzkiyəsi həmin iki istiqamətdə aparılır; nəfs hansısa xüsusiyyətlərlə zinətlən-dirilir, eləcə də, hansısa xüsusiyyətlərdən paklandırılır.

Mənbə: Ustad Misbah Yəzdi(Allaha doğru)

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6064.html