
Bağdadda İraq baş muftisi Mahdi əs-Sümeyaiyə qarşı sui-qəsd cəhdi olub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Tass agentliyi məlumat yayıb.
Məlumata görə, muftinin korteji "Ummu Tabbul" məscidi ərazisindən çıxan zaman minalanmış avtomobil partladılıb.
Muftinin mətbuat katibi Zeyd əl-Həlbusi İraq əhli sünnə camaatının lideri şeyx əs-Sümeydayın sağ qaldığını, insidentdən sonra dərhal hospitala çatdırıldığını bildirib.
Onun vəziyyəti barədə hələ ki, məlumat verilmir.