31 Dekabr, 2016
Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb - Sərnişinlərdən minnətdarlıq (Foto)

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb

Sərnişin qatarının fəaliyyətə başlaması üçün Bakı şəhərindən hər biri 36 yerlik kupe tipli 3 müasir sərnişin vaqonu gətirilib.

Ahlibeyt.az-ın Naxcivantv.az-a istinadən məlumatına görə, açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri Vasif Talıbov,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov,Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev,İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi,İran İslam Respublikasının Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə iştirak edərək çıxış nitqi söyləmişlər.

Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbov yeni sərnişin qatarının istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını və istifadəçiləri təbrik edərək bildirib ki,2016-cı il fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında imzalanmış sazişə əsasən bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayır:

"Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”, - deyən Ali Məclisin Sədri Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulayıb, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirib.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb

İran İslam respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi sərnişin qatarının fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıraraq deyib ki, Ötən əsrin 90-cı illərində Naxçıvanda əsası qoyulan ikitərəfli əlaqələr bu gün müxtəlif sahələrdə davam etdirilir. Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası çərçivəsində həyata keçirilən layihələr Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İran və Azərbaycan arasında dostluq qatarı olacaq, əlaqələri daha da genişləndirəcək, turizm və iqtisadiyyatın bir çox sahələrində səmərəli əməkdaşlıq qurulacaqdır.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb

Çıxış nitqlərindən sonra yeni yaradılmış keçid rejim zonasına və sərnişin vaqonlarına baxış olub. Bildirilib ki, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında gömrük, miqrasiya, sərhəd buraxılışı və viza xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Sərnişin qatarının fəaliyyətə başlaması üçün Bakı şəhərindən hər biri 36 yerlik kupe tipli 3 müasir sərnişin vaqonu gətirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə yola düşəcək və il ərzində 12 min sərnişin daşınacaqdır. 40 İsveçrə frankı olan gediş haqqı biletin satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən ediləcəkdir. Naxçıvan və Culfa dəmiryol stansiyalarında biletlərin satışı təşkil olunub.

Saat 11:00-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı yola salınıb.

Marşrut üzrə bir tərəfə biletin qiyməti 40 İsveçrə frankı olduğu bildirilib. Onu da qeyd edək ki, bir İsveçrə frankı hazırda 1.71 AZN-dir. Bu isə qatarda bir tərəfə biletin qiymətinin 68.4 AZN-dir.Lakin məlumatlarda Təbriz və Tehrana gediş haqqı daha aşağı qiymətə olduğu buldirilib.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarına bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir. Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunmuş və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılmışdır. Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır.

Qatarın ilk sərnişinləri  öz təəsüratlarını Naxchivantv-yə bölüşərək bildiriblər ki,əvvəllər o gözəl, müqəddəs yerləri gedib ziyarət etməyə çətinlik çəkirdik. Sağ olsun möhtərəm prezidentimiz bizə bu cür gözəl şərait yaradıb. Bələdçilər də tez-tez yaxınlaşıb bizimlə maraqlanırlar, xidmət yüksək səviyyədədir.

Sərnişinlərin qeyd ediblər ki, Məşhədə, Tehrana ya da Təbrizə avtobuslarla gedəndə əziyyət çəkirdik. İndi çox gözəldi, qatar da komfortdu, bələdçilərimiz də çox gözəl qulluq edirlər. Bu sərnişin qatarı həm xidmət, həm də qiymət baxımından sərfəlidir. Bu qatar xətti həm də qonşu İrandan Naxçıvana çox sayda turistin, qonağın gəlməsinə şərait yaradacaq. Bu qayğıya görə dövlətimizə minnətdarıq.

Allah bütün arzusunda olanlara qismət etsin, gəlib bu cür gözəl şəraitdə qatarla Məşhədə yola düşsünlər.

Naxçıvan-Məşhəd qatarının davamı olaraq, inşallah Naxçıvan-Bakı qatarı da açılar. Biz də paytaxt Bakımıza qatarla yola düşərik-deyə sərnişinlərdən biri qeyd edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6055.html