
Suriya ordusu, razılaşmanın şərtlərinə uyğun olaraq, ölkənin bütün ərazisində hərbi əməliyyatları dayandırıb.
Ahlibeyt.az-ın Ria-ya istinadən məlumatına görə,bu barədə Suriya Müdafiə Nazirliyi bəyanat yayıb.
Məlumata görə, Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.
Razılaşma “Cəbhə ən-Nüsrə” və İŞİD kimi terror qruplaşmalarına şamil edilmir və onlara qarşı əməliyyatlar dayandırılmayacaq.
Qeyd edək ki,atəşkəs eləan olunduqdan bir qədər sonra "Ahrar aş-Şam" qruplaşması razılaşmaya qoşulmamaq barədə açıqlama verib.