
Dekabrın 29-da Naxçıvanda Naxçıvan-İran biznes-forum keçiriləcək və həmin gün yeni dəmir yol xətti işə salınacaq.
Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının dekabrın 27-də Bakıda keçirilən 11-ci iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsilə ildə 12 mindən çox sərnişin daşınacaq.