26 Dekabr, 2016
Harvard Universiteti İslami hüququ öyrənmək üçün tələbələrə təqaüd verəcək
Harvard Universitetinin Hüquq fakültəsi yeni təhsil ilində İslam hüququ tədqiqatı üzrə tələbələrə təqaüd verəcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki, ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan Harvard Universiteti elan edib ki, 2017-2018-ci il təhsil ilində Amerikada İslam haqqında siyasi və ictimai dialoq yaratmaq və eləcədə, İslam hüququ sahəsində alimlərin yetişdirilməsi məqsədi ilə belə bir addım atır.

Tələbələr hər ay 5 min dollar təqaüd alacaqlar və İslam hüququnun siyasi cəhətləri sahəsində araşdırmalar aparacaq.

Araşdırmalar qısa metrajlı sənədli film, siyasi məhkəmə çəkişmələri və məqalələr formasında olacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6031.html