26 Dekabr, 2016
İraq ordusu əl-Qüdsə hücuma keçdi

Ərazidə gedən əməliyyatda “nəzərə çarpacaq irəliləyiş” əldə olunub.

Ahlibeyt.az-ın  İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə  “Al Sumaria” telekanalı məlumat yayıb.

Xəbərə əsasən, İraqın anti-terror idarəsindən olan hərbçilər Mosul şəhərinin əl-Qüds rayonunda irəliləyiblər. İŞİD isə terrorçu-kamikadzelərin idarə etdiyi partlayıcı ilə dolu maşınları ordunun üzərinə göndərir. Bu haqda məlumatı güc strukturu orqanlarındakı mənbədən veriblər.

Ötən gün anti-terror qüvvələri Dəclə çayının sol sahilində yerləşən əl-Qüds rayonuna həmlə edib. Hərbçilərlə İŞİD terrorçuları arasında döyüşlər gedir.

Ərazidə gedən əməliyyatda “nəzərə çarpacaq irəliləyiş” əldə olunub.

Qeyd edək ki, İŞİD terrorçu-kamikadzelərinin hücumlarına görə  bu həftə Kokcalidə onlarla hərbçi və dinc sakin həlak olub. Adıçəkilən ərazi Mosul əməliyyatının ilkin mərhələlərində ordunun nəzarəti altına keçmişdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6027.html